Türkiyədə zəlzələ zamanı 10 ev dağıldı, ölən var

Türkiyənin Bingöl vilayətində baş vermiş güclü zəlzələ nəticəsinə iki kənddə 10 ev dağılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Bingöl valisi Kadir Ekinci bildirib.

Onun sözlərinə görə, əraziyə xilasetmə qüvvələri cəlb olunub. Dağıntılar altında qalan 6 nəfər xilas edilib, bir nəfər dünyasını dəyişib. Qarovulçu işləyən şəxsin meyiti dağıntı altından çıxarılarq ailəsinə təhvil verilib.

Zəlzələ nəticəsində zərər görən sakinlər üçün bölgəyə 500 çadır göndərilib. Bundan əlavə, Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) məxsus 13 maşın və 59 əməkdaş təbii fəlakət bölgəsinə yollanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR