.

TƏBİB yeni məlumat yaydı – SON DƏQİQƏ

Azərbaycanda koronavirusla bağlı 14 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6087 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 381 846-ya çatıb.

Reanimasiyada olan xəstə sayı 136, süni tənəffüs cihazında olan xəstə sayı 28-dir.

Hazırkı dövrədək ölkəmizdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib. Aktiv xəstə sayı 4255 nəfərdir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR