Bakıda avtomobil tunelin divarına çırpılıb: Xəsarət alan var - FOTOLAR

Bakının Nərimanov rayonunda sürücünün xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Metbuat.az Apa-ya istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.

"Nissan" markalı avtomobilin sürücüsü tuneldə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil tunelin istinad divarına çırpılıb.

Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb, sürücü isə xəsarət alıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR