ŞAD XƏBƏR: Bu müsəlman ölkəsi virusa qalib gəldiyini rəsmən açıqladı

Tunis Baş naziri İlyas əl-Fahfah ölkəsinin yeni növ koronavirusa qarşı zəfər qazandığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, "9. Kanal"a danışan Fahfah bu qələbədən dolayı bütün Tunislilərin qürur duymaları gərəkdiyini qeyd edib. Ötən müddət içərisində bütün sahələrdəki işçilərin tam verimliliklə işlədiyini dilə gətirən nazir bu böhrandan önəmli nəticələr və ən az zərərlə çıxdıqlarını deyib.

Nazir ölkə sərhədlərinin 27 iyunda açılacağını bildirib.

Qeyd edək ki, Tunisdə rəsmi rəqəmlərə görə 1096 nəfər virusa yoluxub, 59 nəfər isə vəfat etmişdi.

Mənbə: Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR