Müdafiə Nazirliyi 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı video-çarx yayıb

Müdafiə Nazirliyi 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı video-çarx yayıb.

Metbuat.az xəbər verir ki, video-çarxda 1993-cü ilin ikinci yarısına qədər Azərbaycanda baş verən hadisələrdən bəhs olunur.

Həmin dövrün hadisələri barədə polkovnik Yaşar Kərimov, polkovnik Bəbir Quliyev, mayor Elnur Xudeynatov və digərləri xatirələrini bölüşüblər.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Ordusunun dünyanın qabaqçıl orduları sırasına qoşulması istiqamətində zəruri addımlar atıldı: “Hərb elminə və sənətində xüsusi üstünlük verən milli liderin Silahlı Qüvvələrə diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu regionun ən güclü orduları sırasına qoşula bildi”.

Video-çarxda həmçinin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkədə sabitliyin bərqərar olunmasından bəhs edilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR