.

''Bəzi şirkətlər evimə, kolbasa, toyuqlar göndərirlər'' - Elza Seyidcahandan AÇIQLAMA

Pandemiya dövründə sərt karantin rejimi bir çox sahələrə olduğu kimi müğənillərin də toy biznesinə ziyan vurdu.

Metbuat.az xəbər verir ki, artıq 3 aydan çoxdur ki, toy mərasimlərinin keçirilməsi qadağandır.Bu barədə narahatlığını dilə gətirən müğənni Elza Seyidcahan teleqraf.az-a müsahibəsində bildirib ki, dolanışığı o qədər də pis deyil.

''Allaha qurban olum, biz, bu gün qarnımızı güdmürük. Əgər bu gün bir çətinliyimiz varsa, ölümdən ki yaxşıdır. Bəlkə Allah göstərməsin xəstəliyi bizə yollamazdı, dünyanın altını üstünə çevirərdi. Yəqin ki, Allah insanlara qəzəblənib koronavirusla cəzalandırdı. Allah eləsin ki, kütləvi yayılmasın. Çoxları deyir ki, çayxana üçün darıxmışam. Ailənin, balalarının yanında otur da. Biz bayıra çıxıb kimisə yoluxduracağıqsa, bu, düzgün deyil. Polislər də yazıqdır, onların da öz ailələri, ana, bacıları var.

- Bəs hazırda nədən gəlir əldə edirsiz?

- İnstaqramda reklamlardan pul qazanıram. Eləcə də bəzi şirkətlər evimə, kolbasa, toyuqlar göndərirlər. Onlara təşəkkür edirəm.

- Allah bizi bir-birimizə çox görməsin. Hərdən deyirlər ki, şou-biznesdəkilər bir-birinin paxıllığını çəkirlər. Təki bütün sahələr şou-biznes nümayəndələri kimi bir-birinə sadiq olsunlar. Mənim yaxın günlərdə səhhətimdə problem oldu. Sənət dostlarım dayaq olmasaydılar, bəlkə də evimdə yeməyə çörək tapa bilməzdim. Hər gün evimə bazarlıq edirdilər və yastığımın altına pul qoyurdular.

- 190 manatlıq birdəfəlik yardıma görə müraciət etdiz?

- Kürəkənimə düşmədi, amma hazırda işləmir. Bacım və uşaqları 190 manat aldılar. Allaha həmd olsun, övladlarım işə də düzələrlər. Əsas narahatlığım odur ki, koronavirusun qarşısının alınmasına cəhd göstərməliyik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR