Modul tipli xəstəxanaya vakant yerlər elan edilir

Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstəcək modul tipli xəstəxanaya vakant yerlər elan edilir.

Metbuat.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 01 iyul 2020-ci il tarixinədək [email protected] ünvanına “Modul xəstəxana” başlığı ilə göndərə bilərlər.
Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstəcək modul tipli xəstəxanaya100-dən çox vakant yer elan edilib. Xəstəxanaya tibbi heyətlə yanaşı, qeyri-tibbi heyət üçün də işçilər tələb edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR