Tədiyyə balansında kəsir makroiqtidsadi sabitlik üçün təhlükədirmi? -

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 343,5 milyon ABŞ dolları təşkil edib.

Halbuki, ötən ilin eyni dövründə tədiyyə balasında 2 019,3 milyon dollarlıq qalıq yaranmışdı.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 646,3 milyon dollarlıq qalıq (illik müqayisədə 59,7% az), maliyyə hesabındakı 1 394,1 milyon dollarlıq kəsir (6,5 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 595,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb.

İqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, tədiyyə balansının uzunmüddətli və davamlı olaraq mənfi zonada olması ölkədə makroiqtidsadi sabitlik üçün ciddi təhdid yaradır.


''Üç illik fasilədən sonra ölkənin ödəmələr balansı yenidən mənfiyə keçib. Balansda 1.4 milyard dollara yaxın defisit yaranıb. Nəzərə alaq ki, bu neftin qiymətinin nisbətən əlverişli 55 dollara yaxın olduğu şəraitdə baş verir bu da tədiyyə balansının uzunmüddətli və davamlı olaraq mənfi zonada olması ölkədə makroiqtidsadi sabitlik üçün ciddi təhdid yaradır. Cari hesablarda 646.3 milyon dollar profisit yaransa da, maliyyə hesabında 1.4 milyard dollara yaxın kəsir yaranıb.

Ekspert qeyd etdi ki, hazırkı iqtisadi şərtlərdə tədiyyə balansında kəsirin yaranmasında idxalın dinamikasından daha çox kapital çıxışı daha çox rol oynayır.Tədiyyə balansının saldosu maliyyə hesabı üzrə əməliyyatlardan asılıdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR