Karantində evlənənlərin toy görüntüləri - VİDEO

Toy deyəndə demək olar ki, hamımızın ağlına 300-400 nəfərlik salon, əsl azərbaycansayağı boş yer qalmayan süfrə, böyük məsrəfli məclis gəlir.

Bəli, əslində heç nə dəyişməyib. Bu gün də bizə bu imkanı versələr toy salonlarında növbə üstündə yəqin ki, dava düşər. Amma həyatımıza daxil olan, koronavirus istəsək də, istəməsək də bizə yeni reallıqlar gətirib.

Bu cütlük də yeni dövrün reallaıqlarına uyğunlaşmağa çalışır. Bir neçə gün əvvəl ev şərairtində evlənərək sosial mediada bir anda populyarlaşan gənclər - Ramal və Sərfinaz ilk dəfə Baku tv-yə danışdılar.

Bəylik kostyumu geyinmədyinə görə, qətiyyən təssüflənmədiyini deyən bəy mpvcud vəziyyətin ürəyincə olduğunu bildirir. Toyda ən yaxın qoyumlar iştirak edib. Onlar da günün müyyən saatlarında 10 nəfərdən çox olmayaraq məclisə qatılıblar.

Bu sıxıcı günlərdə evlənmək əsl motivasiyadır. Həmdə ki, nə ehtiyac var çox adama. Əgər sevirsinizsə xoşbəxt olmaq insanın əlindədir.”- deyir Ramal Abbasov..

Sərfinaz isə deyir ki, xoşbəxt olmaq üçün bər-bəzəkli toy salonuna, təmtaraqlı mərasimə ehtiyyac yoxdur. Heç vaxt da belə bir arzusu olmayıb.

“Elə bir arzum olmayıb ki, toyumda çox adam olsun. Sadə istəyirdim. Evlənmək istəyən gənclər evlənsinlər. Karantinin bitməsini gözləməsinlər. “- deyə Sərfinaz xanım əlavə edir.

Elə qohumları da gənclərin bu istəyinə qarşı çıxmayıb, əksinə yanınızdayıq deyib onlar üçün əsl karantın toyu təşkil ediblər...

Görünür, birlikdə xoşbəxt olmaq üçün zamanı ertələmək və ya təmtəraqlı mərasimlə dünya evinə girməyə ehtiyac yox imiş. Ən azı bu gənclərin davranışı yəqin ki, evlənmək istəyən bir çox cütlüyə nümunə olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR