.

​Həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb

Həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü gözlənilir. Küləyin maksimal sürəti 15-18 m/s, iyunun 16-da arabir 20-23 m/s olacaq. Bununla əlaqədar temperaturun aşağı enəcəyi, çoxillik normaya yaxın 30-33, həftənin sonunda 35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında 34-39, dağlıq rayonlarda 22-27 dərəcə isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR