​Gəncə şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Gəncə şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 kiloqram 250 qram marixuana, 980 qram tiryək aşkar edilib.

Davam etdirilən tədbirlərlə E.Rzayevin Poçt qəsəbəsi ərazisində gizlətdiyi 1 kiloqram 890 qram marixuana da aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR