​Qadının liftdə azyaşlı uşağa etdikləri hərkəsi şoka saldı -

Liftdə qadının uşağı qəddar şəkildə döyməsi ilə bağlı görüntülər görənləri şoka salıb.

Metbuat.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində qeydə alınan bu hadisənin görüntülərini polisə həmin binanın sakinlər şurasının sədri təqdim edib.

Videodan görünür ki, liftə yanında azyaşlı ilə daxil olan qadın uşağa bərk sillə vurur.Nəticədə aldığı zərbədən uşaq liftin içərisində yerə yıxılır.

Bu video sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra kafelərdən birinin işçisi zəng edərək, qadının onlarla işlədiyini deyib və əlaqə nömrəsini verib.

Polisin qadına zəng etməsi onu heç təəccübləndirməyib. O, deyib ki, ancaq çağırış vərəqəsi gələcəyi təqdirdə polislərlə danışacaq.

Mənbə: Baza teleqram kanalı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR