Ağsunun susuz qalan Xanbulaq kəndi -

Havanın temperaturunun artdığı bir vaxtda insanlar içməli suya həsrət qalıb. Böyükdən balacaya hər kəs əllərində su qabı ilə su axtarışına çıxıb.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, söhbət Ağsu rayon Xanbulağı kəndindən gedir. Kənd sakinləri əvvəllər içməli suya olan təlabatını qarşılamaq üçün su maşınlarından istifadə etsələr də, artıq buna imkanları yoxdur. Kəndi içməli suyla təmin edən bir su anbarı var ki, o da mövcud vəziyyətlə əlaqədar boş qalıb. Sakinlər isə alternativ su mənbəyi kimi yeni artezian quyusunun qazılmasını istəyirlər. Bunun üçün rayon rəhbərliyinə də məlumat verilib. Kəndin yaxınlığında 80 metrlik artezian quyusu qazılsa da, oradan da su çıxmayıb.

Məsələ ilə bağlı Xanbulağı kəndinin icra nümayəndəsi Asif Mürşüdov bildirdi ki, hazırkı vəziyyətdə həftədə bir dəfə olmaqla kəndə su maşınları gətirilir, sakinlərə pulsuz paylanılır. Problemin köklü həlli üçün isə rəsmi qurumlarla danışıqlar aparılır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR