Fransada müsəlman ölümü

Fransada müsəlman ölümü
02:56 18 Yanvar 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada mərakeşli bir kişi vəhşicəsinə öldürülüb.

ANS PRESS-in məlumatına görə, Fransanın cənub-şərqində yerləşən Voklüz şəhərinin Buset qəsəbəsində mərakeşli müsəlman biri qonşusu tərəfindən 17 bıçaq zərbəsi alaraq öldürülüb.

Fransa İslam Əleyhdarı Hücumları Rəsədxanası cinayətin müsəlman əleyhinə törədilmiş bir cinayət olduğunu açıqlayıb. Cinayət zamanı öldürülən Muhamməd Əl Maquli adlı şəxsin 47 yaşında olduğu bildirilir.

Psixi pozğunluğu olduğu iddia edilən 28 yaşlı cinayətkarın yaxalandığı və şizofren diaqnozu ilə psixi dispanserdə saxlanıldığı deyilir.

Fransa İslam Əleyhdarı Hücumları Rəsədxanası rəhbəri hadisəni törədən şəxsin cinayətdən əvvəl “mən sənin Allahınam, mən sənin islamınam” dediyini bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR