Avtomobillə təhlükəli manevr edən sürücünün kimliyi bəlli olub

Sərt karantin rejimi dövründə sosial şəbəkələrdə Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində avtomobilinin təhlükəli manevr etməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O qeyd edib ki, avtomobilin yeri Bakı şəhər üzrə kameralar vasitəsi ilə müəyyən edilib: "Avtomobilin sahibi və yeri məlumdur. Onun saxlanması istiqamətində işlər aparılır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR