Tanınmış azərbaycanlı jurnalist koronavirusdan vəfat etdi -

Tanımış foto-jurnalist, “Azərbaycan” qəzetinin keçmiş əməkdaşı Fərman Bağırov vəfat edib.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin sosial şəbəkədəki dostları qeyd edib.

Məlumata görə, koronavirus testi ötən həftə pozitiv çıxan F.Bağırov 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Bağırov 1936-cı ildə Bakıda anadan olub.

O, əmək fəaliyyətinə “Kommunist” qəzetində başlayıb, sonralar işini Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində davam etdirib...

F.Bağırov son vaxtlaradək “Azərbaycan” qəzetində Fotoillustrasiya şöbəsinin müdiri olub. Jurnalistikadakı xidmətləri 1969-cu ildə Ali Sovetin Fəxri fərmanı, “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə mükafatlandırılıb. Bir çox sərgi və müsabiqədə iştirak edərək diplom və fəxri fərmanlar alıb. 2005-ci ildə Prezident İlham Əliyev tərəfinfən “Tərəqqi” medalı ilə təltif edilib.

84 yaşlı F.Bağırov bir neçə ay öncə təqaüdə çıxıb.

Allah rəhmət eləsin.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR