.

Virusa qlaib gəldiyini açıqlayan ölkədə 25 gün sonra yeni yoluxmalar aşkarlandı

Koronavirusa qalib gəldiyini elan edən Yeni Zellandiyada 25 gün sonra 2 yeni yoluxma qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, 7 iyunda İngiltərədən ölkəyə gələn eyni ailədən 30-40 yaşlarında 2 sərnişində virus təsbit edilib. Sözügedən şəxslərlə təmasda olan insanlar da karantinə alınıb.

Qeyd edək ki, Yeni Zellandiyada 1506 nəfər koronavirusa yoluxmuş, bunlardan 22-si həyatını itirmişdi.

Mənbə: ntv.com.tr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR