.

Prokurorluq Xaçmazdakı yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yaydı

Bəzi kütləvi informasiya vasitələrində Xaçmaz rayonu ərazisində naməlum sürücü tərəfindən 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi, hadisəni törətmiş sürücünün guya hadisə yerindən qaçması ilə bağlı məlumatlar yayılmışdır.

Xaçmaz Rayon Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, Xaçmaz rayonunun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutularaq istintaqa cəlb edilmişdir.

Belə ki, iyunun 15-də, saat 22 radələrində, Xudat şəhəri ərazisində Siyəzən şəhər sakini Tərlan Əliyevin idarə etdiyi “VAZ-2102” markalı 53-BD-083 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyadalar - İbrahim Şahbazov və Nurməhəmməd Seyidəliyevi vurması nəticəsində sonuncu aldığı xəsarətlərdən vəfat etmiş, İ.Şahbazov isə bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə hadisə yerinə və meyitə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.

İstintaqla hadisənin T.Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş və müdafiəçinin iştirakı ilə dindirilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR