.

SON DƏQİQƏ: Milli Məclisdə 2 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycan Respublikasının Milli Məclisində “COVİD 19” karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Metbuat.az xəbər verir ki, Parlamentdən verilən məlumata görə, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD 19 testinin nəticəsi müsbət çıxıb. Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD 19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

--> -->