TƏBİB-dən “Bəhram Bağırzadənin videosu”na REAKSİYA -

“Sosial şəbəkələrdə guya əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən material “Yeni Klinika”da lentə alınıb”.

Metbuat.az xəbər verir ki, bu haqda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

R.Əliyeva deyib ki, həmin videoda tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb:

“Bəhram Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir”.

Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR