Lənkəranda Milli Qurtuluş Gününə həsr edilmiş videokonfrans keçirilib

İyunun 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən 60-dan yuxarı dini icma sədri və din xadimi iştirak edib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov məruzə ilə çıxış edərək Milli Qurtuluş Günü ilə bağlı ətraflı məlumat veriblər. Natiqlər 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğunu qeyd ediblər.

Dini icma sədrləri və din xadimləri çıxışlarında Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazandığını vurğulayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR