Nabranda əylənənlər tutuldu -

İyun ayının 14-dən 15-ə keçən gecə bir qrup şəxs qaydaları kobud şəkildə pozaraq əyləncə məclisi təşkil ediblər.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, məclis Nabranda istirahət mərkəzlərinin birində qeydə alınıb.

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində əyləncə məclisi təşkil edən 11 nəfər şəxs məsuliyyətə cəlb olunublar.

Bölmə əməkdaşları tərəfindən məclis təşkil edən obyektin fəaliyyəti dayandırılıb, obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR