FHN Ağsudakı yanğından görüntülər yaydı -

Xəbər verildiyi kimi, iyunun 16-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı adlanan dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb edilib. Yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR