İtaliyada son sutka ərzində 210 nəfər koronavirus infeksiyasına yoluxub.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.
Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 237 500 nəfərdir. Son bir gündə pandemiya qurbanlarının sayı 34 nəfər artaraq 34 405-ə çatıb.