.

​Nərimanov rayonunda avtomobil oğurlayan şəxslər saxlanılıblar

Nərimanov rayonunda yaşayan paytaxt sakini Eldəniz Təhməzova məxsus “VAZ 2106” markalıavtomobil naməlum şəxslər tərəfindən qaçırılıb.Zərərçəkən ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-cı Polis Şöbəsinə şikayət edərəknəqliyyat vasitəsini oğurlayan şəxslərin saxlanılmasını xahiş edib.

Metbuat.az xəbər verir ki, Nərimanov Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Balaxanı qəsəbəsi sakinləri Elgün Heydərov və Məmmədbağır Qasımov saxlanılaraq istintaqa cəlb olunub.

Araşdırma zamanı müəyyən edilib ki, onların məqsədi avtomobili qaçırandan sonra sökərək hissələrə ayırıb satmaq olub. Qaçırılan nəqliyyat vasitəsi Elgün Heydərovun yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.

Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Elgün Heydərov və Məmmədbağır Qasımovin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bu şəxslərinəməllərindən zərərçəkən başqa şəxslər varsa,“102” Zəng Mərkəzinəvə ya Nərimanov RPİ-nin 17-Polis Şöbəsinə müraciət edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR