Azərbaycanda koronavirusdan ölənlər belə dəfn edilir - Sədr AÇIQLADI

“Meyit sahibi ölünü meyitxanadan götürür və istədiyi qəbiristanlığa aparıb ən adi qaydada dəfn edirlər”.

Metbuat.az xəbər verir ki, bu sözləri koronavirusdan ölənlərin basdırılma qaydasından danışan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin sədri, professor Ədalət Həsənov deyib.

Son zamanlar koronavirudan ölənlərin necə dəfn olunması sualı yenidən gündəmə gəlib. Əksəriyyət onların kombinizon forma geyinən işçilərin basdırdığını da düşünür. Görəsən, əslində onlar necə dəfn edilir?

Ədalət Həsənovun sözlərinə görə, Azərbaycanda indiyədək ölünü basdırarkən kombinizondan istifadə olunmayıb:

“Heç vaxt meyit dəfn edən şəxslər kombinizon geyinməyib. Ola bilər ki, bələdiyyə və digər qurumların işçiləri o geyimi geyinsin. Ancaq nə səhiyyə, nə də patoloji anotomiya birliyinin işçiləri bu geyimdən istifadə etməyib. Ölkəmizdə belə bir şey olmağına inanmıram. Meyit sahibi ölünü meyitxanadan götürür və aparıb istədiyi qəbiristanlıqda ən adi qaydada dəfn edirlər. Sadəcə olaraq, koronavirusdan ölənlərin meyitini Səhiyyə Nazirliyinin tərtib etdiyi müvafiq qaydada meyitxanalarımızda dezinfeksiya edirik, plyonkaya bükürük və hətta kəfənləyirik. Bundan sonra, meyit sahibinin nə məscidə, nə evə, nə də mollaya ehtiyacı qalmır.

Dezinfeksiya edəndən sonra istər koronavirus, istərsə də digər viruslar ancaq meyitin daxilində qalır. Plyonkaya və kəfənə bükdükdən sonra adama virus keçməz. Dəfn mərasimlərində də insanların kütləvi iştirakının qarşıısı ona görə alınmır ki, ölüdən virus keçər. Ölüdə daha virus yoxdur, keçə bilməz. Ancaq mərasimə gələn insanların bir-birini yoluxdurmaması üçün belə bir qərar verilib”.(Lent.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR