.

TƏBİB-dən həyəcan təbili - “Artıq xəstəxanalar dolub, yer qıtlığı yaşayırıq”

Son vaxtlar sosial şəbəkələrdə bir sıra insanlar yazır ki, temperaturları olduqları üçün Təcili Tibbi Yardıma zəng vururlar, onlara isə xəstəxanalarda yerin olmadığı bildirilir. Həqiqətənmi, artıq bizdə xəstəxanalarda boş yer yoxdur və vəziyyət ciddidir?

Metbuat.az xəbər verir ki, bu suallara TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev cavab verib.

''Bəli, artıq xəstəxanalarda yer dolub. Biz dəfələrlə mətbuata açıqlayırdıq ki, əgər yoluxma sayı nəzarətimizdən çıxarsa, yəqin ki, xəstəxanaya ehtiyacı olan insanların sayı da artacaq. Bu baxımdan hazırda yer qıtlığı yaşayırıq. Ona görə də biz yüngül və orta xəstələri ağırlıq dərəcəsinə görə bölüb yüngül xəstələri evdə, ağır xəstələri isə xəstəxanda müalicə edəcəyik.

Hazırda yer qıtlığı yaşayırıq. Sağalıb evə gedən xəstə sayı daha azdır, nəinki yeni yoluxan xəstə sayı. Tutaq ki, günə 100 xəstə sağalıb evinə gedir. Amma yeni yoluxma halları 300-ün üzərindədir. Bu zaman, təbii ki, biz xəstəxanalarda yer sayı problemi yaşayacağıq.''(Qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR