“Yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır” - Baş infeksionist Cəlal İsayev

Azərbaycanda koronavirus epidemiyasına yoluxma pik həddə çatıb. Xüsusi karantin rejiminin ən sərt vaxtlarında, mart-aprel aylarında infeksiyaya yoluxma statistikası ürəkaçan idi. Bu gedişlə ümid edilirdi ki, ölkə pandemiyadan az itki ilə çıxmağa müvəffəq ola bilər.

Metbuat.az xəbər verir ki,

C.İsayev qeyd etdi ki, bu vəziyyət sentyabra qədər davam edə bilər: "Mənim əvvəlki proqnozum belə idi ki, hava istiləşər, insanlar sosial təcrid qaydalarına əməl edər və yayda yoluxma azalar. Amma gördünüz ki, koronavirus əvvəlcədən planlaşdırmanı sevmir”.

Bu arada TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirmişdi ki, gələn həftə cümə və şənbə günü sərt karantin rejimi tətbiq olunacaq, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılacaq.

Qeyd olunan karantinlə bağlı "Trend”ə açıqlama verən TƏBİB mətbuat katibi Rəvanə Əliyeva deyib ki, bu məsələ hələlik rəsmi təsdiqini tapmayıb.

O qeyd edib ki, əgər deyildiyi kimi cümə və şənbə günləri sərt karantin rejimi tətbiq olunacaqsa, bu barədə Operativ Qərargahın brifinqində ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, yoluxma sayındakı dinamika nəzərə alınmaqla, Azərbaycanda həftə sonları və bayram günlərində bir sıra rayon və şəhərlərdə sərt karantin rejiminin tətbiqinə başlanılıb.

14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, LənkəranSumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, KürdəmirSalyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Bundan öncəki həftəsonu da sərt karantin rejimi tətbiq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR