.

SON DƏQİQƏ: Azərbaycanda daha bir məhdudiyyət tətbiq olundu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə bildirir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Bolqarıstan Respublikasının Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyinin qeydə alınması barədə məlumat yayıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatı nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunmasına dair qərar qəbul edilib.

Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR