Arılar kütləvi şəkildə qırılır - VİDEO

Astara ölkə üzrə ən çox arı təsərrüfatı olan rayonlardan biridir.

Baku.Tv xəbər verir ki, rayonun Burzubənd kənd sakini Camal Baxşıyevin 25 ildir ki, arı təsərrüfatı var. Bu illər əzində saxladığı arı ailələrinin sayını 19-a çatdıra bilsə də, naməlum səbəbdən onların yarısından çoxu tələf olub. Hər səhər öz təsərrüfatındakı arıları yoxlayan kənd sakini bu dəfə fərqli mənzərə ilə qarşılaşıb.

“Arı ailələri təbii şəkildə meşələrdəki cökə və xurma ağaclarından qidalanıblar. Buna görə də, arıların əlavə yemə ehtiyacları olmayıb.”- deyə təsərrüfatçı bildirir.

Məsələ ilə bağlı Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov isə arıların zəhərləndiyini ehtimal edir.

Arı ailələrinin kütləvi şəkildə qırılması nəticəsində təsərrüfatçıya 6000 manata yaxın maddi ziyan dəyib. Qalan arılarda isə heç bir problem yoxdur. Belə bir tələfatın baş verməsi kəndin digər arıçılarını da müəyyən qədər narahat edir. Arıların hansı səbəbdən tələf olmasını öyrənmək üçün nümunələr laboratoriyaya göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR