Koronavirusun yaratdığı gərginlik və ondan çıxış yolları - VİDEO

Təkcə Azərbaycanda yox, dünyanın bir çox yerində karantin rejiminin müxtəlif formalarda tətbiqi, buna baxmayaraq hər gün yeni yoluxma hallarını artması insanların fikrini konkret bir məsələyə fokuslayıb: Necə edək ki, yoluxmayaq?!

Baku.Tv xəbər verir ki, bu qorxu insanlar arasında gərginlik yaradıb. Üstəlik hələ də virusun mövcudluğunan inanmayanların olması xüsusən sosial şəbəkələrdə bitib-tükənməyn mübahisələrə səbəb olur ki, bu da gərginliyi bir az da alovlandırır.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, mövcud gərginlik fonunda ən vacib məqamlardan biri - məsələnin psixoloji tərəfi, təəəsüf ki, unudulub.


“Pandemiyadan sonra post-pandemik dövrdə bu məsələlər araşdırılacaq. Bizim ümumiyyətlə yanlışlıqlarımız nədən ibarət oldu? Üstünlüklərimiz nədən ibarət oldu? Mən hesab edirəm ki, nəzərə alınmayan ən zəif hissələrdən biri insanların psixoloji reabilitasiyasının nəzərə alınmamasıdır. Bizdə də dünyada da bu məsələ təəssüflər olsun ki, arxa planda qaldı. Bu məsələlərə əməl etmək lazımdır. İndinin özü də gec deyil. Çünki xəstəlik sayı artdıqca insanlar daha çox panikaya düşürlər. Psixoloji reabilitasiya mütləq vacibdir.” – deyə Adil Qeybulla bildirir.

Covid- 19 virusuna yoluxmuş xəstələrə baxan həkimlər birbaşa olaraq müalicə işi ilə məşğuldurlar və onların işi sadəcə xəstəni həyata qaytarmaqdır. Psixoloji reabilitasiyada isə cəmiyyətin digər üzvlərinin, nüfuzlu xadimlərin, eləcə də KİV-in rolu olmalıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR