.

Prokurorluq Tovuzdakı ölüm hadisəsi ilə bağlı MƏLUMAT YAYDI

İyunun 17-də Tovuz rayonunda 1993-cü il təvəllüdlü Tacəddin Həsənovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Tovuz rayon Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış ilkin araşdırmalarla T.Həsənovun Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, rayon sakini Rafiq Əliyevə məxsus fərdi yaşayış evində suvaq işləri aparan zaman ehtiyyatsızlıqdan elektrik naqillərinin üzərinə su atması nəticəsində elektrik cərəyanı vurmasına məruz qalaraq ölməsi müəyyən edilmişdir.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR