Bakıda 35 yaşlı kişi küçədə bıçaqlanaraq qətlə yetirildi

İyunun 17-də saat 23 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1985-ci il təvəllüdlü Cəlal Hüseynovun naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, Yasamal rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR