Tərtərdə 1 tondan çox çətənə kolu yandırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xoruzlu kəndi ərazisində 1,4 hektar sahədə yabanı halda bitmiş çəkisi 1 ton 237 kiloqram olan 3504 ədəd çətənə kolu aşkar edilib məhv edilib.