Sökülən fasad örtükləri 2 ildir ki, bərpa edilmir -

“Yağışdan çıxdıq, yağmura düşdük” – ifadəsini bu binaların sakinlərinə aid etmək olar.

Baku.Tv xəbər verir ki, yanmaq təhlükəsi ilə fasadı sökülən binalarda, indi də nəmişlik əlindən yaşamaq olmur. Söhbət Abşeronun Məhəmmədli qəsəbəsindəki yaşayış binalarından gedir. Burda yerləşən bir çox binaların penoplast örtüklü fasadları 2018-ci ildə sökülüb. Ancaq 2 il keçməsinə baxmayaraq hələ də təmir olunmayıb. Sakinlərin sözlərinə görə, fasad örtüklərinin bərpa olunmaması bir çox problemlərə səbəb olur.

Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən bildirdilər ki, ərazidəki binaları özəl şirkətlərdən biri tikib. Elə həmin şirkət də binaları tam təmir edib sakinlərə təhvil verməlidir.

“Bakıda bina yanandan sonra binaların üz qatındakı penoplast örtüklərin sökülməsinə qərar verildi. Həmçinin Məhəmmədlidəki binaların. O, binanın şirkətin balansında olduğu üçün, şirkət də həmin binanın üzlənməsini həyata keçirməlidi. Həmin insanlar şirkətlə müqavilə imzalayıb. Şirkət də bununla öz üzərinə məsuliyyəti götürüb. Bəli insanların hüququdur ki, istənilən vaxt məhkəməyə müraciət edə bilərlər. “ - Seymur Qasımov. Abşeron İH-nın mətbuat xidməti

Videonu təqdim edirik :



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR