.

Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yeni növ yüklər daşınır - VİDEO

Azərbaycan Dəmir Yolları”-nın törəmə şirkəti olan “ADY Express” MMC, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başlayıb.

Baku.Tv xəbər verir ki, bu dəfə şirkət Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Abdulovun sözlərinə görə, bu dəfə şirkət Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə həmin yükləri nəql edir. ADY Express Mmc-Nin Ictimaiyyətlə Əlaqələr Şöbəsinin Rəisi İlham Abdulov deyir ki, “ADY Express” Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə polad və plastmas borular və beton dirəkləri, Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub.

“Məlumata görə, 250 ton polad borular, 26 yarımvaqonda BTQ dəmir yolundan keçməklə Türkiyədən Gəncə şəhərinə daşınıb. Bununla yanaşı, 100 ton plastmas borular 11 platformaya yüklənərək Türkiyədən Şəmkirə nəql edilib. 600 ton beton dirəklər isə 10 yarımvaqonda BTQ vasitəsilə Türkiyədən Abşerona çatdırılıb.” – deyə rəis müavini qeyd edir.

Bütün yüklərin çatdırılma vaxtı 3 gün təşkil edib. Onu da deyək ki, Bakı-Tiblisi-Qars dəmir yolu vasitəsilə bu növ yüklərin daşınmasının davamlı olacağı nəzərdə tutulub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR