Azərbaycanda açıq havada idman yarışlarına yenidən qadağa qoyulur

Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə yenidən qadağa qoyulacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılacaq.

Qeyd edək ki, Operativ Qərargah mayın 31-dən ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR