Ramin Bayramlıdan iki həftəlik qapanma ilə bağlı mühüm- AÇIQLAMA

Ölkədə xəstəliyin yayılma sürəti, təəssüf ki, yüksəkdir”.

Metbuat.az xəbər verir ki,Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, ölkədə koronavirusa yoluxmanın sürətinin artması səbəbindən bir klaster üzrə bir sıra şəhər və rayonlarda ciddi karantin rejiminin yenidən tətbiqinə qərar verilib:

“Bu müddət ərzində vətəndaşlara karantin qaydalarına riayət etmələri tövsiyə olunur. Verilən qərarlar ciddi araşdırmaların nəticəsində meydana çıxır. İlk gündən TƏBİB yanında koronavirusla bağlı peşəkar kadrlardan ibarət komitə yaradılıb.

Yerli və xaricdə yüksək ixtisas almış şəxslər bu komitənin üzvləridir. İnfeksion şöbələrdə, laboratoriyalarda işçi qrupları yaradılıb və pandemiya dövründə dəyişən vəziyyətə nəzarət olunub”.

“Bu günə qədər koronavirusdan 139 nəfər vəfat edib”.

O bildirib ki, digər ölkələrlə müqayisədə, ölkədə mövcud vəziyyət yaxşı olsa da, ümumilikdə, Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxş deyil:

“Bu günə qədər koronavirusa yoluxmuş 6192 xəstə sağalıb, hazırda 4998 aktiv xəstə var. Sərt karantin rejimi çərçivəsində iki günlük qapanmalar sayəsində kifayət qədər müsbət nəticələr əldə olunub.

Məhz bu səbəbdən operativ qərargah iki həftəlik qapanmanın yoluxma sayının azalmasına səbəb olacağını düşünür”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR