.

Ölkəmizə 10 mindən çox anticisim testi gətirilib

Qanda anticismin yoxlanılması üçün Azərbaycana 10 mindən artıq test gətirilib.

Metbuat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, ilk növbədə xəstəliyi keçirmiş şəxslər arasında skrininq aparılır: "Onun nəticələrinin elmi təhlilinə əsaslanaraq əhali arasında təyin olunması məsələsi və COVID-19 pasportunun hazırlanması, yəni xəstəliyə yoluxanların nə vəziyyətdə immun cavabının olması barədə çalışmalar davam etdiriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR