.

TƏBİB yeni məlumat yaydı - SON DƏQİQƏ

Azərbaycanda koronavirusla bağlı 18 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6100 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 403 499-a çatıb.

Reanimasiyada olan xəstə sayı 157, süni tənəffüs cihazında olan xəstə sayı 30-dur.

Hazırkı dövrədək ölkəmizdə 11 min 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib. Aktiv xəstə sayı 4998 nəfərdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR