Koronavirusa yoluxanların sayı 8,5 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 8 milyon 516 min 324 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, pandemiya qurbanlarının sayı 453 min 578 nəfərdir.

İndiyədək 4 milyon 488 min 974 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 213 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR