Azərbaycanda koronaviruslu xəstələri bu yolla xilas etmək olar -

Plazma üsulu ilə müalicə alan koronaviruslu xəstələrin səhhətində irəliləyiş var.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

Onun sözlərinə görə, bir neçə müddətdir ki, ölkəmizdə koronavirusa yoluxmuş xəstələrin müalicəsində plazma üsulu tətbiq edilir. Bu müalicə üsulu müsbət nəticə verir.

Amma təəssüflər olsun ki, bu xəstəlikdən sağalmış xəstələrdən plazma üçün müraciət edənlərin sayı olduqca azdır.

Valeh Hüseynovun sözlərinə görə, ölkəmizdə 6 mindən çox COVID-19-dan sağalmış insan var. Amma onlardan cəmi 12 nəfər plazma vermək üçün müraciət edib.

Həmin insanlardan alınmış plazmalardan 36 xəstənin müalicəsində istifadə edilib. Bu günə qədər isə 41 vahid ümumi plazma üsulundan istifadə edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR