Qaradağda daş karxanasında kişi meyiti tapılıb

İyunun 18-də saat 22 radələrində Qaradağ rayonu ərazisində yerləşən Şahqaya daş karxanaları kompleksində bir nəfər kişi meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bu barədə Metbuat.az-a Qaradağ rayon prokurorluğundan məlumat verilib.

Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.

İlkin araşdırmalarla mərhumun son 8-10 il ərzində Şahqaya daş karxanaları kompleksi ərazisində yaşamaqla tüfeyli həyat tərzi keçirmiş “Saşa” adı ilə çağırılan şəxs olması müəyyən olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR