“Qızıl qlobus” sahibi dünyadan köçdü

“Qızıl qlobus” sahibi dünyadan köçdü
03:31 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Ərəb kinosunun xanım-xatını” olaraq tanınan misirli aktrisa Fatin Hamama dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, məşhur ərəb aktrisa 84 yaşında səhhətində yarannan narahatlıq səbəbilə həyata vida edib.

1931-ci ildə doğulan Hamama ötən əsrin 50-70-ci illərində olduqca yüksək populyarlığa malik idi.

10 yaşından etibarən kinoya çəkilən aktrisa 100-dən çox ekran əsərində rol alıb. Misirin ən tanınmış rejissorları ilə işləyib.

1955-ci ildə misirli aktyor Ömər Şəriflə evlənən aktrisa 20 il onunla ailə həyatı sürüb və daha sonra boşanıb.

Kariyerasında son filmə 1993-cü ildə çəkilən aktrisa bir sıra Amerika və Avropa istehsalı filmlərdə də rol alıb.

Qeyd edək ki, aktrisa eyni zamanda "Qızıl qlobus" mükafatının sahibidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR