İçməli su problemi Bilgəhdən də yan keçməyib -

Sabunçu rayon Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində yaşayan sakinlər illərdi ki, içməli suya həsrətdirlər.

Baku.Tv xəbər verir ki, hazırda istifadə etdikləri suyu isə şəxsi vəsaitləri hesabına maşınla alırlar. İndi isə havaların günü gündən istiləşməsi və virus təhlükəsinə görə tez-tez yuyunmaq ehtiyacı sakinlərin suya olan tələbatını bir neçə dəfə artırıb. Bu da öz növbəsində onların şəxsi büdcəsinə xeyli zərər vurur.

“Suyumuz yoxdu, hara şikayət edirik baxmırlar”

“Maşınla gətizdiririk. Su çox vaxt xlorlu olur, heç içə də bilmirik. “ –deyə sakinlər bildirir.

Məsələ ilə bağlı AzərSu ASC-dən bildirdilər ki, Bakı ətrafı qəsəbələrdə hələ də mərkəzləşmiş içməli su şəbəkəsi qurulmayıb. Lakin gələcəkdə bütün qəsəbə və yaşayış massivlərində su şəbəkəsinin qurulması nəzərdə tutulur.

“Bakıətrafı qəsəbələrdə biz mərkəzləşmiş içməli su şəbəkəsi qurub yekunlaşdırmamışıq. Bizim bu işlərimiz mərhələlərlə davam edir. Fərdi qaydada insanlar özlərinə su çəkib. Gələcək də Bilgəh qəsəbəsində və digər yaşayış massivlərində şəbəkənin qurulması nəzərdə tutulur.” – deyə Azərsu ASC-nin rəsmisi Anar Cəbrayıllı bildirir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR