x
Loading...
.

ÜST-dən XƏBƏRDARLIQ! - Virusun ikinci dalğası yaxınlaşır

.

ÜST yeni növ koronavirus COVID 19-un ikinci dalğasının meydana gələ biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, ÜST-nın Avropa Regional Ofisinin rəsmisi Hans Kluge, bütün ölkələrdə yoluxma sayının artımı ilə bağlı dərhal ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib. Bu baxımdan payızda baş verə biləcək Covid-19 epidemiyasının ikinci dalğası üçün ÜST yeni strategiya hazırlamağa çalışacaq.

ÜST-ün nümayəndəsi Hans Kluge bildirib ki, payız ayında Covid-19 un yeni dalğası epidemiyanın şiddətlənməsinə səbəb olacaq.

ÜST rəsmiləri bütün dünya ölkələrini effektiv test və vaksin üzərində sınaqları sürətlə davam etdirməyə çağırıb.

Mənbə:Haberglobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR