Yüzlərlə taksi sürücüsü fərqlənmə nişanı ala bilmir - VİDEO

.

Sıxlıq, gözlənilməyən ara məsafəsi və 100 lərlə taksi sürücüsü.. Onları bura yığan səbəb iyunun 21-dən iyulun 5-dək ciddi karantin rejimi dövründə taksi sürücüsü kimi fəaliyyət göstərməsi üçün fərqlənmə nişanlarının alınmasıdır. Çünki karantin rejimində fərqlənmə nişanları olmayanlar taksi kimi fəaliyyət göstərə bilməyəcəklər. Sürücülərin sözlərinə görə, aralarında səhər saat 6-dan növbə gözləyənlər var. Artıq 7 saatdan çoxdur növbədə olan sürücülər gözləməkdən bezsələr də, onları günün istisində saxlayanlar deyəsən bundan bezməyib

“Nəqliyyatdan fərqlənmə almaq üçün yığılmışıq bura. Amma bizə heç baxan yoxdur. Deyirlər ki, sistem donub, camaatın başını aldadırlar. Camaata belə zülm eləməsinlər. “ – bir şəhər sakini şikayət edir.

“Səhər saat 6-dan burdayam, 461-ci adamam. Vermirlər bir sözlə. Deyirlər növbə ilədir. Hələ mən görməmişəm kimsə alıb çıxsın.” - digər bir sürücü əlavə edir.

Sosial izoliyasiya qaydalarına əməl olunmamasına, isti havada saatlarla bu qədər insanın bir araya toplanmasına kim və ya kimlər cavabdehdir sualının cavabı da hamıya bəllidir. Baku TV-nin əməkdaşları çəkiliş apardıqdan sonra, əraziyə dəmir arakəsmələr gətirilərək, növbə yaratmaq üçün səddlər çəkildi. Sürücülərin qeydiyyatı isə sabah səhərdən növbəli şəkildə həyata keçiriləcək.

BNA-nın mətbuat katibi Mais Ağayev isə bildirir ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir. Məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədi ilə sui-istifadə hallarının qarşısının alınmasıdır.

“Bu sərt karantin rejimi günlərində hərəkətə məhdudiyyətlər qoyulub. Hərəkət məhdudiyyəti qoyulan zaman sərbəst hərəkət əldə etmək üçün taksidən bir sui istifadə halı kimi baxırlar. Bunun üçün onlar çıxış yolunu onlar mən fərqlənmə nişanı aldım, taksi fəaliyyəti göstərə bilərəm deyə bu fikirlə olan insanlardır ki, onlar birdən-birə fəqrlənmə nişanlarının rəsmiləşməsi xidmətlərinə müraciət ediblər. Fiziki şəxslərə ayrı-ayrılıqda fərqlənmmə nişanlarının verilməsi mümkün deyil. Ancaq hüquqi şəxslərə veriləcək. “ - MAİS AĞAYEV – BNA-NIN SÖZÇÜSÜ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR