DYP: "Sərnişinlərin avtobusda olarkən maskadan istifadə etməsi vacibdir"

.

"Bir çox sahələrdə fəaliyyət dayandırılıb. İctimai nəqliyyatın hərəkəti üçün ayrıca zolaqların ayrılmasını biz də istəyərdik, amma Bakıda bu zolaqların yaradılması bütün küçələrdə mümkün deyil".

Metbuat.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, sərnişinlərin avtobusda olarkən maskadan istifadə etməsi vacibdir:

"Xahiş edirik ki, ictimai nəqliyyata minən şəxslər mütləq tibbi maskalardan istifadə etsin. Sərnişinlərin təxminən 30-40 faizi maskadan istifadə edir. Polis bütün avtobusları bir-bir saxlayıb cərimə edəsi deyil. Vətəndaşlar məsuliyyətli olmalıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR