Bakıda iş yerlərində pilləli iş prinsipi tətbiq edilə bilər -

Şəhərdə tıxac, ictimai nəqliyatda sıxlıq əsasən günün pik saatlarına, insanların səhər işə getdiyi, axşam işdən qayıtdığı vaxtlara təsadüf edir. Bu isə pandemiya dövründə xüsusən ictimai nəqliyatda insanlar arasındakı sosial məsafəni qorumağa imkan vermir. Bu və digər amilləri nəzərə alaraq, iş saatının pilləli tətbiqi təklif edilir.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Bakı Nəqliyyat Agentliyinin bir neçə il əvvəl iş saatlarının dəyişdirilməsi ilə bağlı irəli sürdüyü təklif mövcud pandemiya şəraitində yenidən gündəmə gəlib.

Mais Ağayev – BNA -nın mətbuat katibi: “Pilləli iş rejiminin təşkil olunmasının bir sıra üstünlükləri var. Bu üstünlüklər sırasında pik saatlarda ictimai nəqliyatın sıxlığının azalması, sərnişin sıxlığının azalması, yəni işçilərin toplu şəkildə daxil olub çıxması azalır. Bu da movcud pandemiya şəraitində fiziki təmasın aradan qaldırılması baxımından olduqca vacibdir”.

Ekspertlərin sözlərinə görə, əgər belə bir təklif reallaşarsa, yollarda yaşanan tıxac probleminin 20-30%-ni həll etmək mümkün olar.

Azər Allahverənov – Ekspert: “Bu təcrübədə artıq sınaqdan çıxmışdı. Yadınızdadırsa, Azərbaycanda beynəlxalq turnirlər keçirilən zaman iş qrafiklərinin dəyişdirilməsi ilə bağlı təklif tətbiq edilmişdi. Və nəticə etibarilə bu üsul bizim yollarda nəqliyyat vasitələrinin intensivliyinin azalmasına və tıxacın miqyasının azalmasına səbəb olmuşdu”.

Bəs bu təklif qəbul olunacağı təqdirdə, işin başlama və bitmə saatları necə təşkil olunmalıdır?

Vüqar Bayramov – Milli Məclisin üzvü: “Məsələn bəzi Avropa ölkələrində işçilər hətta saat 7-də işə başlayıb - daha tez işi başa çatıdırırlar. O baxımdan təbii ki, müddət olaraq bu işçinin işdə qalma müddətinə təsir etməyəcək. Əslində bu bir tərəfdən tıxacın qarşısını alacaq, eyni zamanda pandemiya dövründə yoluxma sayına təsir göstərə bilər. Çünki bu zaman artıq ünsiyyət azalacaq”.

BNA-nın mətbuat katibi Mais Ağayev deyir ki, marşrut xətlərinin normal fəaliyyətinin təşkili üçün iş saatlarının dəyişdirilməsi ilə yanaşı, yollarda xüsusi avtobus zolaqlarına da ehtiyac var.

Mais Ağayev – BNA-nın mətbuat katibi: “BNA tərəfindən 21 küçə və prospektdə xüsus hərəkət zolaqlarının təşkili ilə bağlı təkliflər irəli sürülüb. Və əgər biz həm pilləli iş rejiminin tətbiqinə nail olarıqsa, həm xüsusi hərəkət zolaqlarının tətbiqinə nail olarıqsa, bu zaman ictimai nəqliyatda bu gün rastlaşdıgımız bir çox çətinliklər var ki, onların da birdəfəlik aradan qalxmasına nail olacağıq”.

Təkliflər hökumətə təqdim olunub və hazırda müvafiq qurumlarla müzakirə mərhələsindədir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR