Bəhram Bağırzadənin vəziyyətində heç bir dəyişiklik yoxdur

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.

Metbuat.az xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, B.Bağırzadənin durumu stabil, kritik-ağır olaraq qalır. Hazırda təyinata uyğun müalicələr davam etdirilir.

Qeyd edək ki, əməkdar artistin ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR